Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

admin
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verdi.

Somali Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Şəkil Qalereyası

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub - Şəkil 1
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub - Şəkil 2
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub - Şəkil 3
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub - Şəkil 4
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub - Şəkil 5

Digər xəbərlər