12 Fevral 2025, 22:22
Avstriyada koalisiya danışıqları uğursuz olub
Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Herbert Kikl fevralın 12-də dövlət başçısı Aleksander Van der Belleni məlumatlandıraraq hökuməti qurmaq üçün ona verilmiş mandatdan imtina edib.
Avstriyada koalisiya danışıqları uğursuz olub şəkil
Avstriyada koalisiya danışıqları uğursuz olub

Avstriyada 29 sentyabr 2024-cü ildə keçirilən parlament seçkilərindən sonra hökumət böhranı davam edir.

Operativ Media xəbər verir ki, Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Herbert Kikl fevralın 12-də dövlət başçısı Aleksander Van der Belleni məlumatlandıraraq hökuməti qurmaq üçün ona verilmiş mandatdan imtina edib. Bununla da sağçı və mərkəzçi qüvvələr arasında gözlənilən koalisiya danışıqları iflasa uğrayıb.

Qeyd edək ki, 5 yanvar tarixində dövlət başçısı seçkilərdə 28,8% səslə qalib gələn sağçı radikal FPÖ-yə hökuməti formalaşdırmaq üçün mandat vermişdi. Partiya bu məqsədlə Avstriya Xalq Partiyası (ÖVP) ilə danışıqlara başlamışdı.

Bundan əvvəl, seçkilərdə 26,2% səs toplayaraq ikinci olan mərkəzçi-mühafizəkar ÖVP, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) ilə bir neçə ay davam edən danışıqlar aparmış, lakin yeni ilin əvvəlində tərəflər arasındakı fikir ayrılıqları səbəbindən bu cəhd uğursuzluqla nəticələnmişdi.

Son xəbərlər
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib