13 Fevral 2025, 08:30
Trampın xüsusi nümayəndəsi Avropaya səfər edəcək
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Avropaya səfər edəcək.
Trampın xüsusi nümayəndəsi Avropaya səfər edəcək şəkil
Trampın xüsusi nümayəndəsi Avropaya səfər edəcək

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq məqsədilə Almaniya, Belçika və Ukraynaya səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, fevralın 13-dən 22-dək davam edəcək səfər çərçivəsində Kelloq Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək, həmçinin NATO və Aİ-nin Brüsseldəki mənzil-qərargahında görüşlər keçirəcək. O, Avropada sabitliyin bərpası və Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı ABŞ ilə əməkdaşlıq etmək istəyən müttəfiq və tərəfdaşlarla müzakirələr aparacaq.

Ukraynada isə Kelloq yüksək vəzifəli rəsmilərlə görüşəcək. Dövlət Departamentindən bildirilib ki, Tramp döyüşlərin bitməli olduğunu açıq şəkildə bəyan edib və ABŞ uzunmüddətli həll yolunu dəstəkləməkdə israrlıdır.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb