13 Fevral 2025, 10:59
Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir
Prezident İlham Əliyev vergi forumunun iştirakçılarına müraciət edib.
Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir şəkil
Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir

Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.

Operativ Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə, həmçinin deyilir: “Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir”.

Son xəbərlər
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisə çağırıldı
Macarıstanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı anlar yaşanıb
21 May 2025, 13:50