14 Fevral 2025, 15:10
Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər
Milli Məclisin deputatları fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər şəkil
Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Bu barədə Operativ Media-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfərin məqsədi türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etməkdir.

Tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, süni intellekt və texnoloji yeniliklərin geosiyasi təsirləri, parlament diplomatiyası, həmçinin Türk dövlətlərinin parlamentləri arasında əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər mövzular müzakirə olunacaq.

Səfər dekabrın 20-də başa çatacaq.

Son xəbərlər
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb