Menyu

Paşinyan Aİ Şurasının prezidenti ilə Azərbaycanla normallaşmanı müzakirə edib

Nərmin Qocamanlı
Paşinyan Aİ Şurasının prezidenti ilə Azərbaycanla normallaşmanı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta fevralın 14-də Münxen konfransı çərçivəsində görüş keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə Paşinyanın "X" hesabında edilən paylaşımda deyilir.

Məlumata görə, görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi də müzakirə olunub.

"Münxen konfransının kuluarlarında Avropa İttifaqı Şurasının prezidenti ilə fikir mübadiləsi aparılıb. Biz son regional hadisələr, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə müzakirələr apardıq", - o bildirib.

Paşinyan qeyd edib ki, görüşdə tərəfdaşlığın əsas məsələləri nəzərdən keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər