Menyu

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Nərmin Qocamanlı
Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində fevralın 15-də Qvineya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq, Afrika inteqrasiyası və xaricdəki qvineyalılar naziri Morissanda Kouyate ilə görüşüb.

Bu barədə Operativ Media-ya Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfər və təmasların ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib. Xüsusilə, təhsil sahəsində əməkdaşlığın, təqaüd və mübadilə proqramlarının gənclər, o cümlədən xalqlarımız arasında təmasların inkişafında mühüm rolu qeyd olunub. Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Qvineya aras\u0131nda bir s\u0131ra sah\u0259l\u0259r \u00fczr\u0259 \u0259m\u0259kda\u015fl\u0131q imkanlar\u0131 m\u00fczakir\u0259 olunub"

Əlaqəli Xəbərlər