Ana səhifə / Siyasət / Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini müzakirə edib Paşinyan ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini müzakirə edib 15.02.2025, 19:24 Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb. Operativ Media xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yazıb. Baş nazir qeyd edib ki, görüş çərçivəsində Ermənistan-ATƏT tərəfdaşlığı və regional təhlükəsizlik müzakirə olunub. Həmçinin Ermənistan-Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparılıb. ATƏT Baş katibi regionda sülh və sabitliyə sadiqliyini təsdiqləyib.