15 Fevral 2025, 19:41
Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə olunub
C.Bayramov post-münaqişə dövründə bölgəmizdə vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfə məlumat verib.
Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə olunub şəkil
Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq müzakirə olunub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski ilə görüşüb.

Bu barədə Operativ Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.

Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar.

C.Bayramov post-münaqişə dövründə bölgəmizdə vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər həmçinin iki ölkə arasında qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb