15 Fevral 2025, 23:07
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib şəkil
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bolqarıstanın xarici işlər naziri Georg Georgiyev ilə görüşüb.

Bu barədə Operativ Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticarət, enerji təhlükəsizliyi aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

İki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunun əhəmiyyəti qeyd olunub, strateji tərəfdaşlıq münasibətlərinin inkişafında strateji dialoq və siyasi məsləhətləşmələr mexanizmləri, habelə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu, mövcud əməkdaşlığımızın yaşıl enerji sahəsində də davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Enerji təchizatında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrin, əsası qoyulan interkonnektor marşrutlarının əməkdaşlığımızın praktiki nəticələrindən olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq
Prezident İlham Əliyevin Macarıstana səfəri - YENİLƏNİR
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir
Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir