17 Fevral 2025, 14:01
Diplomatik xidmət haqqında qanun təsdiqlənib
Prezident diplomatik xidmət haqqında qanunu təsdiqləyib.
Diplomatik xidmət haqqında qanun təsdiqlənib şəkil
Diplomatik xidmət haqqında qanun təsdiqlənib

Prezident İlham Əliyev diplomatik xidmət haqqında qanunu təsdiqləyib.

Operativ Media xəbər verir ki, “Diplomatik xidmət haqqında” yeni qanunda diplomatik xidmətin prinsipləri, diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri, diplomatik xidmət orqanı əməkdaşlarının əsas vəzifələri və hüquqları, onlara şamil olunan məhdudiyyətlər, əməkdaşların həvəsləndirilməsi tədbirləri, hansı qaydada intizam məsuliyyətinə cəlb ediləcəkləri, diplomatik xidmət orqanlarında vəzifələrin yeni təsnifatı, əməkdaşların rotasiyası qaydası, onların geri çağırılmasını şərtləndirən yeni hallar, diplomatik xidmət orqanı əməkdaşının sərəncamda olması və vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması, diplomatik xidmət stajının hesablanması qaydası və diplomatik xidmətdə olmanın yaş həddi müəyyənləşir.

Bundan başqa, yeni qanuna əsasən, diplomatik xidmət orqanlarının yeni funksiyaları, diplomatik xidmət orqanı əməkdaşlarının əməyinin ödənilməsi sahəsində yeniliklər, diplomatların və ailə üzvlərinin təminatı və kompensasiyaları, diplomatik rütbələrin verilməsi sahəsində yeniliklər, diplomatik xidmətə qəbulla bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Son xəbərlər
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisə çağırıldı
Macarıstanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı anlar yaşanıb
21 May 2025, 13:50