Menyu

Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

Əsəd Abbaslı
Səfir Yaşar Əliyev etimadnaməsini Çexiya Prezidentinə təqdim edib

Fevralın 17-də Praqa Qəsrində Azərbaycan Respublikasının Çex Respublikasındakı səfiri Yaşar Əliyev etimadnaməsini Prezident Petr Pavelə təqdim edib.

Operativ Media xəbər verir ki, mərasim zamanı Çex Respublikası Prezident Qvardiyasının Orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Etimadnamənin təqdimatından sonra Çexiya Prezidenti Petr Pavel ilə Azərbaycan səfiri Yaşar Əliyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan-Çexiya əlaqələrinin hazırkı durumu və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisinə qalxması ilə əlaqədar məmnunluq ifadə olunub.

Teqlər:

"S\u0259fir Ya\u015far \u018fliyev etimadnam\u0259sini \u00c7exiya Prezidentin\u0259 t\u0259qdim edib"

Əlaqəli Xəbərlər