18 Fevral 2025, 13:51
Əli Əsədov: Xəzərin ətraf mühitinin vəziyyəti ciddi narahatlıq doğurur
Baş nazir Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib .
Əli Əsədov: Xəzərin ətraf mühitinin vəziyyəti ciddi narahatlıq doğurur şəkil
Əli Əsədov: Xəzərin ətraf mühitinin vəziyyəti ciddi narahatlıq doğurur

Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.

Operativ Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda bildirib.

O, qeyd edib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Prezident İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”.

İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib