18 Fevral 2025, 14:46
Ceyhun Bayramov Gilaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, parlament diplomatiyasının əhəmiyyəti, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Gilaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb şəkil
Ceyhun Bayramov Gilaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya Parlament Assambleyasının 15-ci plenar iclası çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Senatının sədri Yusif Rza Gilaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, parlament diplomatiyasının əhəmiyyəti, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ötən il Pakistana rəsmi səfəri və bu çərçivədə Yusif Rza Gilani ilə görüşünü məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, intensiv qarşılıqlı təmas və səfərlərin strateji tərəfdaşlığımızın inkişafına töhfə verdiyini qeyd edib.

Əsasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və dəstəyin dayandığı Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla qeyd olunub.

İki ölkənin qanunvericilik orqanları, millət vəkilləri arasında əlaqələrin, habelə parlament diplomatiyasının gücləndirilməsinin tarixi və mədəni baxımdan yaxın olan xalqlarımız arasında münasibətlərə töhfə verdiyi bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib