Menyu

Tramp Putin ilə fevral ayının sonlarında görüşə bilər

Əziz Əzizli
Tramp Putin ilə fevral ayının sonlarında görüşə bilər
1 dəq oxu

ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir.

"Operativ Media" xəbər verir ki, Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

Tramp müvafiq suala cavab verərkən görüşün fevralın sonunda baş tutacağını istisna etməyib.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının yekunlarına dair verdiyi məlumata görə, Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib.

Əlaqəli Xəbərlər