01 Fevral 2023, 11:36
Braziliya prezidenti fevralın 10-da ABŞ-a səfər edəcək
Braziliya prezidenti fevralın 10-da ABŞ-a səfər edəcək şəkil
Braziliya prezidenti fevralın 10-da ABŞ-a səfər edəcək

Braziliya prezidenti Luiz İnasio Lula da Silva fevralın 10-da ABŞ-a səfər edəcək.

"Operativ Media" xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre verdiyi yazılı açıqlamada Braziliya prezidenti Lulanın fevralın 10-da paytaxt Vaşinqtonda Baydenlə görüşəcəyini açıqlayıb.

Baydenin görüş zamanı ABŞ-ın Braziliyanın demokratik dəyərlərinə sarsılmaz dəstəyini çatdıracağını ifadə edən Jan-Pier, liderlərin regionda və dünyada demokratik dəyərlərin təbliği istiqamətində əməkdaşlığı müzakirə edəcəklərini bildirib.

"Prezidentlər həmçinin iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyinin qorunması, iqtisadi inkişafın təşviqi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və regional miqrasiyanın idarə edilməsi daxil olmaqla, ümumi problemlərin həlli üçün Birləşmiş Ştatlar və Braziliyanın birgə fəaliyyətini necə davam etdirə biləcəyini müzakirə edəcəklər", - Jan-Pier bildirib.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib