20 Fevral 2025, 14:42
Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafı müzakirə edilib
Milli Məclisin sədri Bəhreyn Krallığının Şura Məclisinin sədri ilə görüşüb.
Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafı müzakirə edilib şəkil
Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafı müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh ilə görüşüb.

Operativ Media Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatlara istinadən xəbər verir ki, görüşdə Azərbaycan paytaxtında 15-ci plenar iclasın uğurla təşkil olunduğu qeyd edilərək APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.  

Görüşdə Azərbaycan və Bəhreyn arasında münasibətlərin inkişafından da razılıq ifadə edilərək xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərə müsbət töhfə verdiyi və ölkələrimizin bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdikləri bildirilib. 

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb