20 Fevral 2025, 16:38
Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib
Fevralın 20-də Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib şəkil
Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib

20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.

XİN-dən Operativ Media-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.

Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.

Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.

 

 

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq