Lavrov sabah Fidanla görüşəcək
Əsəd Abbaslı
Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Operativ Media xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm məsələləri ətraflı müzakirə olunacaq.
Diplomatik səylərlə Ukraynada müharibənin ədalətli və davamlı sülhlə başa çatması ilə bağlı fikir mübadiləsi aparılacaq.
Həmçinin, ABŞ və Rusiya arasında son təmaslar və Türkiyənin prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək. Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin yaxın günlərdə bu rolu öz üzərinə götürməyə hazır olduğu vurğulanacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net