24 Fevral 2025, 10:21
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub şəkil
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdirdilər.

Son xəbərlər
308 tələbəyə “Adlı təqaüd” təqdim edilib
Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub
20 May 2025, 17:17
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər