24 Fevral 2025, 17:25
Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət edib
Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət edib.

Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və onu ölkəsinə dəvət edib.
Operativ Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.
"Bu gün Bakıda əziz qardaşım Prezident İlham Əliyevlə gözəl görüş keçirdim. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə ona təşəkkür etdim", - Ş.Şərif yazıb.