01 Fevral 2023, 20:01
Elnur Məmmədov Erika Şoutenlə görüşüb
Elnur Məmmədov Erika Şoutenlə görüşüb şəkil
Elnur Məmmədov Erika Şoutenlə görüşüb

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderlandda Xarici işlər nazirinin siyasi direktorunun müavini Erika Şoutenlə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə XİN rəhbərinin müavini Tvitter səhifəsində məlumat yayıb.

Elnur Məmmədov tərəflər arasında görüşü faydalı adlandırıb.

O, Niderland XİN rəsmisi ilə regiondakı vəziyyəti, Azərbaycan-Ermənistan sülh prosesini və Azərbaycanla Niderland arasında ikitərəfli əlaqələri müzakirə edib.

"İkitərəfli gündəliyin və insan hüquqları üzrə dialoqun daha da gücləndirilməsini səbirsizliklə gözləyirik", - Elnur Məmmədov əlavə edib

Son xəbərlər
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək
9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - YENİLƏNİB
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DSX: İrandan Azərbaycana narkotik keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ