24 Fevral 2025, 20:19
XİN: Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir
"Digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir."
XİN: Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir şəkil
XİN: Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir

Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bildirib.

"Digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir. Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir", - XİN rəhbərinin müavini vurğulayıb.

Son xəbərlər
MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib
Azərbaycan və Türkiyə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib
Sabah hava necə olacaq?
“Araz-2025” birgə təlimi uğurla başa çatıb - VİDEO
22 May 2025, 12:22
Bakı metropolitenində pik saatlarda interval azaldılıb
Darvin Nunes İspaniya klubunda oynamaq istəyir
İsrail səfiri: Azərbaycan yəhudi icmasının müdafiəsinə sadiqdir
İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin olunub