25 Fevral 2025, 07:09
Putin: "Rusiya ABŞ-yə nadir torpaqlar sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır"
Rusiya Prezidenti Vladimir Putin gündəm mövzularla bağlı ölkəsinin mətbuatına açıqlamalar verib.
Putin: "Rusiya ABŞ-yə nadir torpaqlar sahəsində birgə  işləmək imkanı təklif etməyə hazırdır" şəkil
Putin: "Rusiya ABŞ-yə nadir torpaqlar sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır"

"Rusiya ABŞ-yə nadir torpaqlar sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Bizdə bu ehtiyatlar Ukraynadan da çoxdur".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti ölkəsinin mətbuatına açıqlamasında bildirib.

ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskiyə prezident seçkiləri ilə bağlı göstəriş verdiyinə diqqət çəkən Putin, "Trampın Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istədiyinə inanıram. Bu təşəbbüs Rusiyanın deyil, Ukraynanın marağındadır" deyə bildirib.

Rusiya məlumatlarına görə, Zelenskinin prezident olmaq şansının aşağı olduğunu bildirən Putin, "Onun səs payı ən yaxın siyasi rəqibi, Londona sürgün edilmiş Ukraynanın keçmiş Baş Qərargah rəisi Valeri Zalujnidən düz iki dəfə azdır" deyib.

Putin ABŞ və Ukrayna arasında nadir torpaq elementləri ilə bağlı razılaşma haqqında da danışıb:

"Bunun bizə aidiyyəti yoxdur. Rusiya ABŞ-yə nadir torpaq elementləri sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Bizdə bu ehtiyatlar Ukraynadan da çoxdur. Rusiya bu nadir torpaq elementləri ehtiyatlarına görə şəksiz liderlərdən biridir".

Son xəbərlər
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisə çağırıldı
Macarıstanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı anlar yaşanıb
21 May 2025, 13:50