25 Fevral 2025, 12:18
Kobaxidze: Gürcüstan ABŞ-nin Ukraynada sülh yaratmaq planını dəstəkləyir
Gürcüstanın Baş naziri deyib ki, ölkə ABŞ-nin Ukrayna ilə bağlı planını dəstəkləyir.

Gürcüstan ABŞ-nin Ukraynada sülhün bərqərar edilməsi planını və addımlarını dəstəkləyir.
Operativ Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
"Biz ABŞ hökumətinin sülh planını dəstəkləyirik və ümid edirik ki, bu plan tezliklə uğur qazanacaq", - o, qeyd edib.