Menyu

Ağ Ev: Tramp Zelenskinin qiymətli metallarla bağlı saziş imzalamasını gözləyir

Əziz Əzizli
Ağ Ev: Tramp Zelenskinin qiymətli metallarla bağlı saziş imzalamasını gözləyir

Bu müqavilənin imzalanması mühüm əhəmiyyət kəsb edir. Prezident (Donald) Tramp (Ukrayna Prezidenti Volodimir) Zelenskinin bu sazişi imzalamasını gözləyir.

"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Leavitt Ukrayna ilə qiymətli metallar müqaviləsi haqqında danışarkən deyib.

Sözçü ABŞ-nin hazırkı administrasiyasının bu razılaşmaya böyük əhəmiyyət verdiyini və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu işə diqqəti yönəltmək üçün Yaxın Şərq səfərini təxirə saldığını, razılaşmanın həm ABŞ, həm də Ukraynanın xeyrinə olacağını bildirib.

"Bu müqavilənin imzalanması çox vacibdir. Prezident Tramp Zelenskinin bu sazişi imzalamasını gözləyir. Bu, Ukraynanın müdafiəsini maliyyələşdirən Amerika vergi dollarlarını kompensasiya edəcək və eyni zamanda müharibə səbəbindən cəhənnəmə düçar olmuş Ukrayna ilə davamlı iqtisadi tərəfdaşlıq yaradacaq" deyə Leavitt bildirib. 

ABŞ prezidenti Tramp Zelenskinin bu həftə və ya gələn həftə Ağ Evə gəlib qiymətli metallar haqqında saziş imzalamasını gözlədiyini bildirib.

Teqlər:

"A\u011f Ev: Tramp Zelenskinin qiym\u0259tli metallarla ba\u011fl\u0131 sazi\u015f imzalamas\u0131n\u0131 g\u00f6zl\u0259yir"

Əlaqəli Xəbərlər