Menyu

Azərbaycanın Çindəki səfirliyində Xocalı qurbanları anılıb

Nərmin Qocamanlı
Azərbaycanın Çindəki səfirliyində Xocalı qurbanları anılıb

Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində anım tədbiri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə  Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, tədbirdə Çində akkreditə olunan diplomatik nümayəndəliklər ilə yanaşı, elmi və ictimai dairələrin nümayəndələri, həmçinin Pekində yaşayan vətəndaşlarımız iştirak edib. İlk öncə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Səfirliyin həyətindəki Xarı bülbül barelyefinin önünə əklil qoyulub, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teqlər:

"Az\u0259rbaycan\u0131n \u00c7ind\u0259ki s\u0259firliyind\u0259 Xocal\u0131 qurbanlar\u0131 an\u0131l\u0131b"

Əlaqəli Xəbərlər