26 Fevral 2025, 09:49
Ukraynalılar ağır müharibə şəraitində Xocalı soyqırımını anıblar
Ukraynalılar Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ağır müharibə şəraitində Xocalı soyqırımını anıblar.
Ukraynalılar ağır müharibə şəraitində Xocalı soyqırımını anıblar şəkil
Ukraynalılar ağır müharibə şəraitində Xocalı soyqırımını anıblar

Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsinə həsr olunan anım gecəsi keçirilib.

Opertaiv Media  xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Kiyevin məşhur “Jovten” kinozalında keçirilən anım gecəsində Ukrayna Ali Radasının deputatları, Xarici İşlər, Ədliyyə nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş səfir, diplomatlar, Krım Tatarları İcmasının rəhbərliyi, həmçinin ukraynalı tarixçilər, alimlər, ali təhsil ocaqlarının müəllim, tələbə heyəti, Azərbaycanın diaspor fəalları və yerli media nümayəndələri iştirak ediblər.

Anım gecəsində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin nümayişindən əvvəl faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Son xəbərlər
Netanyahu hücumlara son qoymağın şərtini açıqlayıb
"Milan" yeni mövsüm ev formalarını təqdim edib
Rusiya Ukrayna sərhədindəki müşahidə kameralarını sındırıb
“Wizz air” Azərbaycandan 24 dollara uçuşlar həyata keçirəcək
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi