
Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri bu gün Türkiyəyə rəsmi səfərə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparıb.
Daha sonra tərəflər mətbuata bəyanatlara çıxış ediblər.
***
12:28
Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri bu gün Türkiyəyə rəsmi səfərə gedəcək.
Operativ Media xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Məlumata görə, Ankarada Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.
"Türkiyə ilə ikitərəfli strateji tərəfdaşlığa əlavə olaraq, bölgəmizin gələcək inkişafında müsbət rol oynamalı olan iki ölkə arasında müzakirə edəcəyimiz bir çox vacib məsələlər var", - Boçorişvili vurğulayıb.