"Çin Rusiyanın Ukraynaya hücumlarının nəticəsini diqqətlə izləyib və onun gələcək qərarlarına təsir edə biləcək dərslər alıb".
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Qlobal nizam təhdid altındadır. Moskva və Pekin avtoritar müxalifətin ön sıralarındadır",- deyə o, qeyd edib.
Ukraynaya edilən hücumların bir ili doldurduğunu və bunun Avropada sülhü sarsıtdığını bildirən Stoltenberq Şimali Koreyanın raket sınaqlarının beynəlxalq təhlükəsizliyi də təhdid etdiyini ifadə edərək, Çinin Hind-Sakit Okeanda təsirini artırmasından narahat olduqlarını bildirib.
Əgər Rusiya müharibədə qalib gəlsə, “Moskva və Pekinə mesaj ondan ibarət olacaq ki, onlar kobud güclə istədiklərinə nail ola bilərlər” – deyən Stoltenberq, “Bu gün Avropada baş verənlər, sabah Şərqi Asiyada da baş verə bilər”. qiymətləndirməsini edib.
Müharibənin sadəcə Avropa böhranı olmadığını, qlobal təhlükəsizlik və sabitliyə meydan oxuduğunu ifadə edən Stoltenberq, "Çin yaxından izləyir və gələcək qərarlarına təsir edə biləcək dərslər alır",-deyə bildirib.






