Menyu

İƏT Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb

Əziz Əzizli
İƏT Xocalı faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

"Operativ Media" xəbər verir ki, sənəddə İƏT-in Baş katibi Hissein Brahim Taha həyatını itirənlərin xatirəsini ehtiramla anıb.

Taha Xocalı faciəsinin Ermənistan tərəfindən Azərbaycanın işğal olunan ərazilərində həyata keçirilən qanunsuz işğalın nəticəsi olduğuna diqqət çəkib.

Təşkilat rəhbəri 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2024-cü ildə Kamerunun Yaunde şəhərində təşkil olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 5-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” 47/50-POL saylı Qətnaməyə istinad edərək Xocalıda yerli sakinlərə qarşı törədilmiş kütləvi zorakılıqları müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı olaraq qiymətləndirib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər