27 Fevral 2025, 15:03
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə tandemi Mərkəzi Asiya ölkələri üçün model oldu
Qazaxıstan və Özbəkistan Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrini genişəndirməyə başlayıblar.
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə tandemi Mərkəzi Asiya ölkələri üçün model oldu şəkil
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə tandemi Mərkəzi Asiya ölkələri üçün model oldu

İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə tandeminin effektivliyini sübut etdi və bu, öz növbəsində, Mərkəzi Asiya ölkələri üçün model oldu.

Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Belqradda keçirilən “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda təşkil edilən dəyirmi masada danışıb.

Onun sözlərinə görə, artıq Qazaxıstan və Özbəkistan Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrini genişəndirməyə başlayıblar.

BMTM sədri daha sonra Türk Dövlətləri Təşkilatının əhəmiyyətindən söz açıb: 

"TDT-yə üzv olan ölkələr ortaq irsə malikdir, lakin təşkilatın fəaliyyəti heç bir ölkəyə və ya geosiyasi aktora qarşı yönəlməyib. Əksinə, bu təşkilata üzv ölkələr mühüm geoiqtisadi layihələrin reallaşdırılmasına töhfələr verirlər, onlar qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdırlar”.

F. Şəfiyev çıxışı zamanı cari geosiyasi proseslər fonunda Orta Dəhlizin artan aktuallığına və əhəmiyyətinə, həmçinin Bakı-Tbilisi Qars dəmiryolunun inşasına, bir zamanlar skeptik yanaşılan TANAP, TAP layihələrinin Avropanın enerji təhlükəsizliyindəki roluna da diqqət çəkib.

Son xəbərlər
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI