Menyu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Samuxda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Samuxda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 4 mart 2025-ci il tarixində saat 12:00-da Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edəcək.

Bu barədə Operativ Media-ya Nazirlikdən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 3 mart 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected] ), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər