27 Fevral 2025, 17:22
Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşüb
Qazaxıstanın XİN müavini Yermuxambet Konuspayev Azərbaycanın səfiri ilə görüşüb.
Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşüb şəkil
Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşüb

Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb.

Operativ Media-nın məlumatına görə, bu barədə informasiya Qazaxıstan Hökumətinin saytında yerləşdirilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqun əhəmiyyətli inkişafı, habelə, istər hökumət strukturları, istərsə də qanunverici orqnalar və iş dünyası arasındakı münasibətlərdə və humanitar əlaqələrin səviyyəsində irəliləyiş olduğunu bəyan ediblər.

Söhbət əsnasında yüksək səviyyədə imzalanan razılaşmaların və qarşıdan gələn rəsmi tədbirlərin keçirilməsinə hazırlığın səviyyəsi də diqqət mərkəzində olub.

Tərəflər eyni zamanda iki ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında gerçəkləşməsi nəzərdə tutulan təşəbbüslərin uğurla icrası məqsədilə koordinativ fəaliyyətin və strateji tərəfdaşlığın önəmi vurğulanıb.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib