Menyu

Avropa İttifaqı ABŞ-yə rüsumlarla bağlı xəbərdarlıq edib

Əziz Əzizli
Avropa İttifaqı ABŞ-yə rüsumlarla bağlı xəbərdarlıq edib

Aİ Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən gündəlik mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Aİ-yə qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı açıqlamalara qiymətləndirmələr edib.

"Operativ Media" xəbər verir ki, Gill Aİ-nin azad və ədalətli ticarətə qarşı ədalətsiz maneələrə qəti və sürətli cavab verəcəyini bildirib və Avropadakı istehlakçıları və biznesləri qoruyacaqlarını vurğulayıb.

ABŞ prezidenti Trampın “Aİ ABŞ-ni məhv etmək üçün yaradılıb” fikri ilə bağlı suala "Bəzən bu şeylərə cavab verməli olduğumuza inanmaq çətindir. Biz inanırıq ki, Aİ yarandığı gündən ABŞ üçün xeyir-dua olub" deyə Gill  cavab verib.

Teqlər:

"Avropa \u0130ttifaq\u0131 AB\u015e-y\u0259 r\u00fcsumlarla ba\u011fl\u0131 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər