Nigeryada Lassa qızdırmasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Nərmin Qocamanlı
Nigeryada Lassa qızdırmasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırmasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Dr. İfedayo Perakendeifa açıqlamasında ölkədə epidemiyanın artması ilə əlaqədar fövqəladə vəziyyət elan edildiyini və epidemiyaya qarşı işlərə başlanıldığını bildirib.

Yanvarda ölkədə 244 nəfərdə aşkar edilən xəstəlikdən 37 nəfər dünyasını dəyişib.

Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün 3 dərmanın müəyyən edildiyini açıqlayıb.

Hər il quraq dövrün yaşandığı noyabr-may aylarında artan Lassa qızdırması epidemiyasında ötən il 989 hadisə aşkarlanıb, 178 nəfər dünyasını dəyişib.

Digər xəbərlər