Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Britaniya səfiri tviterdə paylaşım edib.
"Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşdüm. Müxtəlif dinlərə mənsub olan insanların Azərbaycanda harmoniyada yaşamasını görmək xoşdur",- paylaşımda deyilir.






