Norveçin Ankaradakı səfiri sabah Norveçdə Qurana qarşı hücumla bağlı aksiya keçiriləcəyini öyrəndikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb.
"Operativ Media" Türkiyə KİV-ə istinadən xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, sabah Norveçdə Qurana qarşı hücumu ehtiva edən aksiyanın keçiriləcəyi öyrənilib.
Bunun üzərinə Norveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.






