Rubio: “Avropa Ukrayna münaqişəsinin daha bir il davam etməsini istərdi”
Nərmin Qocamanlı
"Avropa istərdi ki, Ukrayna münaqişəsi daha bir il də davam etsin".
Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində bildirib.
"Mən soruşdum ki, müharibəni bitirmək üçün Avropa planı nədir. Bir ölkənin xarici işlər naziri mənə dedi ki, plan müharibəni daha bir il davam etdirməkdir, beləliklə, Rusiya sülh istəyəcək qədər zəifləyəcək. Bu, mənim fikrimcə, o qədər də real plan deyil", - Dövlət Departamentinin rəhbəri hansı avropalı nazirlə danışdığını açıqlamayıb.
Teqlər:
"Rubio: \u201cAvropa Ukrayna m\u00fcnaqi\u015f\u0259sinin daha bir il davam etm\u0259sini ist\u0259rdi\u201d"