Ana səhifə / Siyasət / Hakan Fidan Londona səfər edecək Hakan Fidan Londona səfər edecək 02.03.2025, 08:58 Əsəd Abbaslı Avropa ölkələrinin liderləri bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukraynanı müzakirə etmək üçün Londonda bir araya gəlir. Operativ Media xəbər verir ki, iclasda Türkiyəni Prezident Tayyib Ərdoğan adından xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Avropa liderlərinin görüşü prezident Tramp və Zelenski arasında cümə günü Ağ Evdə baş verənlərdən sonra xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı Avropa liderləri Kiyevə dəstəklə bağlı konkret qərar verəcək, fəaliyyət planını açıqlayacaqlar. Teqlər: "Hakan Fidan Londona s\u0259f\u0259r edec\u0259k"