03 Mart 2025, 00:03
Ursula Fon der Lyayen: Avropa təcili olaraq silahlanmalıdır
“Uzun müddət müdafiə sahəsinə kifayət qədər investisiya qoyulmayıb."
Ursula Fon der Lyayen: Avropa təcili olaraq silahlanmalıdır şəkil
Ursula Fon der Lyayen: Avropa təcili olaraq silahlanmalıdır

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın təcili olaraq yenidən silahlanmalı olduğunu və üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün manevr imkanlarının vacibliyini bildirib.

Operativ Media xəbər verir ki, o, bu fikirləri Londonda Ukraynaya dəstək mövzusunda keçirilən sammitdən sonra səsləndirib.

Ursula Fon der Lyayen qeyd edib ki, Avropa demokratiyanı qorumağa hazır olduğunu ABŞ-a da göstərməlidir. O, uzun illər davam edən az investisiyadan sonra müdafiə sektoruna xərclərin uzunmüddətli dövrdə artırılmasının zəruri olduğunu vurğulayıb.

“Uzun müddət müdafiə sahəsinə kifayət qədər investisiya qoyulmayıb. İndi isə bu investisiyaları artırmaq olduqca vacibdir və bu, davamlı şəkildə aparılmalıdır”, – deyə o, Londondakı görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Ursula Fon der Lyayen əlavə edib ki, üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün daha geniş maliyyə imkanları yaradılmalıdır.

Son xəbərlər
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq
Prezident İlham Əliyevin Macarıstana səfəri - YENİLƏNİR
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir
Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir