Britaniya səfiri Ekologiya naziri ilə iqlim dəyişikliyi mövzusunda müzakirələr aparıb
Redaksiya
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergud Auld Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə iqlim dəyişikliyi mövzusunda müzakirələr aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə səfir tviterdə paylaşım edib:
"Cənab nazir Muxtar Babayev ilə görüş zamanı Böyük Britaniyanın Avropa və Mərkəzi Asiya üzrə Regional Enerji Təhlükəsizliyi və İqlim Səfiri ilə birgə iqlim dəyişmələri və ətraf mühitin qorunması haqqında danışdıq. Bu sahədə Böyük Britaniya Azərbaycana dəstək olmağa hazırdır"- deyə səfir qeyd edib.
Teqlər:
"Britaniya səfiri Ekologiya naziri ilə iqlim dəyişikliyi mövzusunda müzakirələr aparıb"