03 Mart 2025, 17:52
Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb
Azərbaycan və Latviya arasında komissiyanın doqquzuncu iclasının mayın 12-də Bakıda keçirilməsini razılaşdırıb.
Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb şəkil
Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb

Azərbaycan və Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, doqquzuncu iclasının mayın 12-də Bakıda keçirilməsini razılaşdırıb.

Operativ Media xəbər verir ki, Latviyanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Armands Krauzenin Azərbaycanın Riqadakı səfiri Elnur Sultanovla görüşündə müzakirə olunub.

Tərəflər latviyalı nazirin Azərbaycana planlaşdırılan səfərini, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

"Görüşdə Latviya tərəfinin əvvəllər təqdim etdiyi əməkdaşlıq təkliflərinə xüsusi diqqət yetirilib. Azərbaycan meşə təsərrüfatı sahəsində tərəfdaşlığın inkişafına xüsusi maraq göstərib", - məlumatda vurğulanıb.

Müsahiblər ölkələr arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.

Qeyd edək ki, hökumətlərarası komissiyanın səkkizinci iclası 2022-ci ilin mayında Riqada keçirilib.

Son xəbərlər
Vyetnamın Baş prokurorunun müavini: "Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir"
Macarıstan Azərbaycanla əməkdaşlıq sayəsində qlobal neft-qaz bazarında mövqelərini gücləndirir
Macarıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq