03 Mart 2025, 23:16
Ərdoğan: İslam ölkəsinin BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması zərurətdir
“BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam ölkəsinin olması indi tələbdən daha çox zərurətdir”
Ərdoğan: İslam ölkəsinin BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması zərurətdir şəkil
Ərdoğan: İslam ölkəsinin BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması zərurətdir

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunlaşmasının vaxtı çoxdan çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə iftar proqramında deyib.

Onun sözlərinə görə, dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar qərar vermə proseslərində layiq olduqları şəkildə təmsil olunmalıdırlar.

“BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam ölkəsinin olması indi tələbdən daha çox zərurətdir”, - deyə prezident vurğulayıb.

"Biz görürük ki, 5 daimi üzv hakimiyyəti ədalət əsasında bölmək əvəzinə, hakimiyyəti cəmləşdirərək problemlərin qarşısını almağa çalışır. Unutmayaq ki, bu dəyişiklik dalğasına qarşı durduqca problemlərimizin sayı və miqyası daha da artacaq", - deyə Türkiyə prezidenti qeyd edib.

Son xəbərlər
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
Azərbaycanlı alpinist qadın Everest dağına qalxaraq tarixə düşüb
Antalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib - YENİLƏNİB
Rusiyaya qarşı yeni sanksiyalar paketi mayın 20-də qüvvəyə minəcək
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
15 May 2025, 23:20
Rusiya qoşunlarına yeni komandan təyin edilib - YENİLƏNİB
Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb