04 Mart 2025, 07:00
Ukrayna parlamenti ABŞ prezidenti Donald Trampa və Konqresə rəsmi müraciət ünvanlayıb
Ukrayna parlamenti ABŞ-yə müstəqillik və hərbi yardıma görə təşəkkür edib.
Ukrayna parlamenti ABŞ prezidenti Donald Trampa və Konqresə rəsmi müraciət ünvanlayıb şəkil
Ukrayna parlamenti ABŞ prezidenti Donald Trampa və Konqresə rəsmi müraciət ünvanlayıb

Ukrayna parlamentinin rəhbərliyi ABŞ prezidenti Donald Trampa, Konqresə və amerikalılara müraciət dərc edib.

"Operativ Media" xəbər verir ki, Ali Radanın saytında dərc olunan sənəddə ABŞ-nin Ukrayna tarixinin ən çətin dönəmində ona dəstək verməsi həlledici əhəmiyyət kəsb edir.

Ali Rada həmçinin Ukrayna xalqı adından ABŞ-yə ölkənin müstəqilliyini dəstəklədiyinə və hərbi yardım göstərdiyinə görə təşəkkür edir.

"Ukrayna böyük Amerika xalqının ABŞ-nin qlobal liderliyinin hərtərəfli bərpası ilə bağlı istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-nin beynəlxalq aləmdə liderliyi azadlıq və demokratiya ideallarının qorunması, beynəlxalq müqavilələrə əməl olunması, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə qırılmaz şəkildə bağlıdır", - sənəddə deyilir.

Ali Rada vurğulayıb ki, Ukraynanın təhlükəsizliyi və sabit inkişafı ABŞ-nin dəstəyi ilə təmin edilir və bu, bu gün Ukrayna xalqı və ordusu, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi üçün həmişəkindən daha vacibdir.

Müraciətdə qeyd olunur ki, ukraynalılar Trampın şəxsi rolunun və onun səylərinin Ukrayna, Avropa və bütün dünya üçün hərbi əməliyyatların tez bir zamanda dayandırılmasında və sülhün əldə olunmasında həlledici olacağına inanırlar.

Son xəbərlər
ADY Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib
"Mançester Yunayted" Ruben Amorimlə bağlı qərarını verib
Neftçalada 18 min manatlıq naqil oğurlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub