02 Fevral 2023, 19:54
İlham Əliyev: "Bütün digər sahələrdə Ruminiya ilə Azərbaycan arasında əlaqələr çox yaxşıdır"
İlham Əliyev: "Bütün digər sahələrdə Ruminiya ilə Azərbaycan arasında əlaqələr çox yaxşıdır" şəkil
İlham Əliyev: "Bütün digər sahələrdə Ruminiya ilə Azərbaycan arasında əlaqələr çox yaxşıdır"

“Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.

"Operativ Media" xəbərinə görə, bunu bu gün Rumıniya Prezidenti Klaus Yohannislə geniş tərkibdə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, birgə iqtisadi komissiya ötən il görüşüb və bu il görüşəcək: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Son xəbərlər
Zelenski Avropa və ABŞ Kiyevi tərk etməmək şərti ilə Putinlə danışıqlara hazır olduğunu bildirib
Azərbaycan PL: "Sabah" "Turan Tovuz"u məğlub etdi
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Gürcüstan ərazi bütövlüyünün bərpası yolunu açıqlayıb
Tramp sərəncamların sayına görə rekord qırıb
Səudiyyə Ərəbistanı müsəlman ölkələrinə təşəkkür edib
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib