02 Fevral 2023, 20:59
İlham Əliyev: "Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur"
İlham Əliyev: "Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur" şəkil
İlham Əliyev: "Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur"

Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında deyib.

SOCAR-ın Rumıniyada fəaliyyətinin çox gözəl tarixçəsi olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, indi bizim əməkdaşlığımız yeni mərhələyə daxil olur: “Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”.

Son xəbərlər
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib