04 Mart 2025, 15:53
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
Yaxın illərdə azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq şəkil
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq

Yaxın illərdə azərbaycanlı mühəndislər ən peşəkar, ən yüksək tələblərə cavab verən kosmik peyklər hazırlayacaqlar.

Operativ Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Saməddin Əsədov Ümumdünya Mühəndislik Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, gələcək illərdə Azərbaycan dövləti daha çox yeni kosmik layihələr həyata keçirəcək: “Azərbaycanda kosmik sahədə mühəndislərin yetişdirilməsi istiqamətində əhəmiyyətli fəaliyyət həyata keçirilir. Bunun nəticəsində bu gün Azərbaycan artıq regional deyil, qlobal miqyasda kosmik sahədə böyük nüfuza malikdir. Ölkəmiz çoxsaylı kosmik layihələrdə və beynəlxalq proqramlarda iştirak edir. Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirilir və bu il də bu tədbirlər davam etdiriləcək. Azərbaycan orbitdə kosmik mövqeti olan azsaylı dövlətlərdən biridir”.

O bildirib ki, yaxın illərdə Azərbaycanlı mühəndislər ən peşəkar, ən yüksək tələblərə cavab verən kosmik peyklər hazırlayacaq: “İnanıram ki, 5-10 il ərzində biz sizinlə Ay, Mars və daha böyük kosmik proqramları haqqında müzakirələr aparacağıq”.

Son xəbərlər
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq