
Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.
Operativ Media xəbər verir ki, TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.
Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub
***
16:38
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə parlamenti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli və parlamentlərarası əlaqələr müzakirə edilib, həmçinin türk dünyasında sabitliyin təmin olunması üçün bütün sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Numan Kurtulmuş Sahibə Qafarovanı Ramazan münasibətilə təbrik edərək bu müqəddəs ayın Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyirxahlıq gətirməsini arzulayıb.