Menyu

2050-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu piylənmə problemi ilə qarşılaşacaq

2050-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu piylənmə problemi ilə qarşılaşacaq

2050-ci ilə qədər dünyada böyüklərin yarısından çoxu və uşaqların üçdə biri artıq çəkidən əziyyət çəkəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Lancet" jurnalında araşdırma dərc olunub.

Araşdırmaya görə son 30 ildə qlobal piylənmə böhranına qarşı qeyri-adekvat tədbirlərin təsiri ilə piylənmədən əziyyət çəkən insanların sayı kəskin artıb.

Hazırda 25 yaşdan yuxarı 2,11 milyard insan və 5-24 yaş arası 493 milyon uşaq və gənc piylənmədən əziyyət çəkir.

2050-ci ilə qədər 25 yaşdan yuxarı şəxslərin 50 faizindən çoxunun (3,8 milyard nəfər) və uşaqların üçdə birinin (746 milyon) piylənmədən əziyyət çəkəcəyi gözlənilir. Xüsusilə, uşaq və yeniyetmələr arasında piylənmə nisbətinin 121 faiz artacağı təxmin edilir. 2050-ci ilə qədər 360 milyon uşağın piylənmə problemi ilə qarşılaşacağı gözlənilir.

Qeyd olunub ki, 1990-cı ildə 900 milyon insan piylənmədən əziyyət çəkirdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər